Ça. İyn 24th, 2025

Super Liqanın qalibi müəyyənləşdi

Super Liqanın 33-cü həftəsində Başakşehir meydanında Kayserisporu 1-0 məğlub edərək çempionatın bitməsinə bir həftə qalmış çempionluğu təmin edib. Mediamax.az xəbər verir ki, liqa tarixində ilk dəfə çempion olan Başakşehir, Beşiktaş, Fənərbaxça, Qalatasaray, Trabzonspor və Bursaspordan sonra çempion olan 6-cı komanda olaraq türk futbolunda tarixə düşüb.

Qeyd edək ki, Super Liqanın 33-cü həftəsində Başakşehir və Kayserispor klubları üz-üzə gəlib. Lider Başakşehir, 19-cu dəqiqədə Mahmut Tekdemirin vurduğu qolla hissəni 1-0 öndə bitirib. Oyunun gedişində əvvəlcə 65-ci dəqiqədə, sonra isə 84-cü dəqiqədə elektrik enerjisinin kəsilməsi ilə oyunda müəyyən fasilə yaranıb. Qalan dəqiqələrdə başqa qol olmadığından Başakşehir oyunu 1-0 hesabı ilə başa vuraraq çempionluq tarixinə adını yazdırmış olub.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com