Suriyada parlament seçkilərinə səsvermə başlayıb

Suriyada Xalq Şurasına seçkilər keçirilir.
Suriya dövlət televiziya və radio şirkətinin verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8.00-da açılıb. Məlumatda bildirilir ki, səsvermə başlamazdan bir saat əvvəl onlarla vətəndaş məntəqələrə gəlib.
Qeyd edək ki, ölkədə 7331 seçki məntəqəsi var.
Mənbə: APA