Ç. İyn 25th, 2025

Sutka ərzində rekord ölüm

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 294 237 nəfər artaraq 21 026 758-ə yüksəlib.

Mediamax.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində rekord sayda insan – 9 985 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 755 786-ya çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com