Ç. İyn 25th, 2025

Şəhərin mərkəzində ayı görüntüləndi

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. 

“Görüntülərdən müşahidə etmək olur ki, insanlar da ayıya qarşı sakit davranır, ayı da insanlara qarşı sakitdir. Əsasən qış yuxusundan yeni oyanmış ayılar yaxın ərazilərə qida axtarmağa çıxır və zibil qutularını eşirlər. Bu, dünyada da rast gəlinən bir haldır. Xüsusilə də, karantin müddətində insanlar meşələrdən kənar olduğu, evdə qaldığı üçün vəhşi təbiət bir qədər sakitliyə doğru gəlirlər. Ola bilər ki, xəstədir. Bunu müayinələrdən sonra bilmək olacaq. Yaxşı olar ki, mütəxəssislər əraziyə çatana kimi insanlar ayıya qarşı ehtiyatlı və sakit davransınlar”.

Mövzu barədə Şəki Regional Ekologiya İdarəsi məlumat yayıb.Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir:

“Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar”.

Şəki Regional Ekologiya İdarəsi

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com