Ç. İyn 25th, 2025

Şəmkirdə avtomobil qəzası baş verib

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəza zaman “VAZ”-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Mikroavtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com