Ca. İyn 26th, 2025

Sərt karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları nə zaman keçiriləcək?

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son bir ayda ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com