Ç. İyn 25th, 2025

TƏBİB-dən test sayının azalması ilə bağlı AÇIQLAMA

TƏBİB gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

Belə ki, verilən məlumata görə, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir:

“Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq”.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com