TƏBİB-in Tədris kurslarının açılmasına dair fikri

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki:
“Kursların fəaliyyətinin bərpası ilə bağlı yoluxma sayından asılı olaraq qərar veriləcək. Hazırda xəstə sayı artır. Xəstə o qədər çoxdur ki, yer çatışmazlığı yaşana bilər”.
O bildirib ki, bu şərtlər altında kursların fəaliyyətinin bərpası müzakirə mövzusu deyil:
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri qeyd edib ki, bu səbəbdən tədris kurslarının açılmasına yoluxma sayına uyğun olaraq qərar veriləcək: “Hazırda bununla bağlı konkret fikir yoxdur”.