Ça. İyn 24th, 2025

Təhsil naziri: “Tədris müddəti azaldılmır”

“Cəbhədə baş verən hadisələrə görə 1221 məktəbdə tədrisi təşkil edə bilmərik. Məktəblərdə koronavirusa kütləvi yoluxmaya rast gəlməmişik, ancaq şagirdlər, müəllimlər nəqliyyatla dərsə gəlir, onlar da yoluxmanın artmasına səbəb ola bilər. Bu qeyri-müəyyənlik halında iki həftə gözləmək məqsədəmüvafiqdir. İnternetlə bağlı müəyyən platformalar da işləyir. Yəqin oktyabrın sonlarında, noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək. İnanırıq ki, qısa müddətdə Azərbaycan Ordusunun zəfər yürüşü uğurla nəticələnəcək və cəbhə bölgəsindəki məktəblər də tədrisə qayıdacaq” – Təhsil naziri Emin Əmrullayev bildirib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com