Ç. İyn 25th, 2025

Təhsil naziri yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb

“Mediamax.az” xəbər verir ki, əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində Hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com