Təhsil Nazirliyindən açıqlama.

Təhsil Naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib ki, imtahanlar barədə görüləcək tədbirlər ölkədəki mövcud vəziyyətdən asılıdır.
O qeyd edib ki, təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq.
Nazirin sözlərinə görə, ehtiyac olsa, dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: “Çalışacağıq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın”.
C.Bayramov həmçinin bildirib ki,
əlavə tarixlərlə bağlı konkret məlumatlar müvafiq zamanda təqdim ediləcək. Hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq.
Mənbə:report.az