Ç. İyn 25th, 2025

Tanınmış aktrisa virusa yoluxub

Rusiyanın Əməkdar artisti Alyona Babenko koronavirusa yoluxub.

Mediamax xəbər verir ki, bu barədə aktrisa İnstaqram səhifəsində yazıb. O bildirib ki, bu səbəbdən “Ulduzların rəqsi” şousunda iştirak edə bilməyəcək. “Mən təkcə öz sağlamlığım üçün deyil, dostlarımın və həmkarlarımın səhhəti üçün də məsuliyyət hiss etdim və özümü təcrid etdim”, – deyə Babenko bildirib.

Aktrisa hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com