Tanınmış hücumçu komandası ilə yollarını ayırdı

Türkiyənin “Qalatasaray” klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb.
Futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əldə olunan razılaşmaya əsasən futbolçu “sarı-qırmızılılar”a 2 milyon 10 min 508 türk lirəsi (456 min 787 manat) təzminat ödəyəcək.
A.Büyükün yeni komandasının “Yeni Malatyaspor” olduğu qeyd edilir.
Qeyd edək ki, futbolçu ilə müqavilənin iki illik olacağı bildirilir.
Mənbə: Oxu Az