Tanınmış jurnalist vəfat edib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib. O, bu gün həyatını itirib. Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib. Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu.
Mənbə: Apa