Ç. İyn 25th, 2025

Tanınmış yarımmüdafiəçi koronavirusa yoluxub

İspaniya millisinin və “Barselona klubunun sabiq yarımmüdafiəçisi Xavi Ernandes koronavirusa yoluxub.

Bu barədə o, öz İnstaqram hesabında yazıb.

“Bir neçə gün əvvəl koronavirus infeksiyası ilə bağlı verdiyim test nəticələrim müsbət çıxdı. Xoşbəxtlikdən yaxşıyam. Bununla belə, xəstəlik keçib gedənədək karantin şəraitində qalacam. Həkimlərin icazəsindən sonra gündəlik işimə qayıdacam”.

Qeyd edək ki, Xavi Ernandes hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com