Tanınmış yazıçı dünyasını dəyişdi

Məşhur sovet və rus uşaq yazıçısı Vladislav Krapivin dünyasını dəyişib.
Mediamax.az saytının verdiyi xəbərə görə, o, bu gün səhər saatlarında 82 yaşında Yekaterinburqun Sverdlovsk vilayətində klinikalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Krapivin avqustun 10-da pnevmoniyaya görə klinikaya yerləşdirilib, 2 gün sonra əməliyyat olunub. Bu gün isə vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
V. Krapivin 50 illik ədəbi fəaliyyəti ərzində 450-dən çox roman, povest, şeir yazıb. Bir çox ümumrusiya müsabiqələrində dəfələrlə Rusiyanın ən yaxşı uşaq yazıçısı kimi qalib olub.
Mənbə: Qafqazinfo