Ç. İyn 25th, 2025

Lənkəranda “Teatrın dostları” layihəsinə start verildi

Əziz gənclər, siz də “Teatrın dostları” layihəsinə qoşulmaq istəyirsinizsə, onda bu layihə sizin üçündür. 🤩

Milli mədəniyyəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan məktəbli və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə “Teatrımızın dostları” layihəsi keçiriləcək. ✨

Müsabiqədə #Lənkəran’da yaşayan aşağıdakı şəxslər iştirak edə bilər:
🔹Lənkəran rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, kolleclərin, şagirdləri və tələbələri;
🔹11-25 yaşarası istedadlı iki yaş qrupunda (11-17 yaş və 18-25 yaş) yeniyetmə və gənclər;
🔹Festival-müsabiqədə incəsənətin dram, mahnı, rəqs janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, həvəskar  aktyorlar, istedadlı yeniyetmə və gənclər iştirak edə bilərlər.

🔻“Teatrımızın dostları” layihəsi 3 turdan ibarət: 
1️⃣tur (məktəb turu) məktəb mərhələsində keçiriləcək və 1-ci yerlərin qalibləri II mərhələdə iştirak etmək hüququ qazanacaqlar;
2️⃣tur (şəhər turu) 15 fevral tarixində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək;
3️⃣turda (final turu) 10 mart tarixində Lənkəran Dövlət Dram Teatrında keçiriləcək.

📌Layihə GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılğı ilə keçiriləcək.

Layihədə iştirak etmək istəyirsinizsə, qeydiyyat linkindən qeydiyyatdan keçə və ya GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Lənkəran Heydər Əliyev Mərkəzində yerləşən ofisinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.

📅Son qeydiyyat: 31.01.2024

🔗Qeydiyyat linki: https://forms.gle/E22F3gx2eG7bhDpWA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com