Ç. İyn 25th, 2025

Teleqramda inanılmaz yeniliklər

Teleqram tərtibatçıları mesencerin yenilənmiş versiyasını təqdim ediblər. Yeni versiyada bir neçə maraqlı və faydalı funksiyalar yerləşdirilib.

Cihazın modelindən asılı olmayaraq bütün istifadəçilər 2 GB-a kimi iri həcmli faylları göndərə bilərlər.

Daha bir yenilik qısa videolar şəklində olan canlı avatarlardır. Onları profil şəkli kimi istifadə etmək və yerləşdirməmişdən öncə redaktə etmək mümkündür.

Eyni zamanda Nearby funksiyası ilə hər hansı şəxsin uzaq məsafədə olduğunu öyrənmək də olar. Bunun üçün ayarlar bölməsindən şəxslərin axtarılmasına daxil olmaq lazımdır.

500 nəfərdən çox abunəçiyə sahib qrupların sahibləri isə qrupun statistikasını və qrupun ümumi aktivliyini izləyə bilərlər.

Messencerdə bildirişləri deaktiv etmək və kontaktlarda olmayan şəxslərlə mövcud çatları gizlətmək olar. Həmin çatlar messencerin arxiv bölməsinə yerləşəcəklər. 

Mənbə: Technote

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com