Texniki baxış müddəti başa çatmış avtomobilləri necə texniki baxışdan keçirə bilərlər?

“Xüsusi karantin rejmi tətbiq edilən 16 şəhər və rayonda yaşayan avtomobil sahibləri SMS vasitəsi ilə 2 indeksi üzrə icazə alıb avtomobillərini texniki baxışdan keçirə bilərlər”.
Bunu Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyev açıqlamasında deyib.
O bildirib ki, hazırda texniki baxış şöbələrindəki polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar və baxış prosesi olduqca qısa çəkir.
Mənbə:xezerxeber.az