Ç. İyn 25th, 2025

Texnologiya tarixində bir ilk, başqa bir planetdə uçacaq ilk helikopter göndərilir

“Ingenuity” adlanan və çəkisi 1.8 kq olan helikopter Perseverance raketinin daxilində Mars missiyası üçün səyahətə başladı.

Nasa ümid edir ki, digər texnologiyalardan fərqli olaraq bu helikopterlə səthinin öyrənilməsi çətin olan krater və digər yerlərin fərqli, keyfiyyətli görüntülərini əldə edəcəklər.

Karbon fiberdən olan pərlər normal helikopterin pərindən 8 dəfə sürətlidir və dəqiqədə təqribən 2400 dövr edir.

Günəş batareyaları, 1-i ağ-qara, digəri rəngli olmaqla 2 kamera, kompüter və naviqasiya sistemləri mövcuddur. Bütün bunlar ölçüsü Chihuahua qədər olan bir helikopterdədir.

Ölçüsü o qədər kiçikdir ki, Nasa-nın Marsa göndərdiyi başqa bir elmi cihazın daxilində səyahət edir.

Mars Yerdən çox uzaq olduğu üçün cihazı joystik ilə idarə etdikdə çox gecikmə yaranır və bunu nəzərə alaraq aparata bir neçə özünü idarə mexanizmləri qoşulub. O özü havalana, uçuş edə və enə bilər.

Qırmızı planetin atmosferi planetimizin atmosferindən 100 dəfə sıxdır və bu uçmağa çətinlik yaradır, əgər bu cihaz uğurlu olarsa gələcəkdə Marsın öyrənilməsi üçün daha çox uçan robotlar göndərilə bilər.

Mənbə: BBC

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com