Ç. İyn 25th, 2025

“Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili ” layihəsinə yekun vurulub

“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili ” layihəyə yekun vurlmuşdur.Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilmişdir. Layihənin müddəti üç ay olmaqla 05 avqust – 05 noyabr 2020-ci il tarixləri əhatə edir. Bu barədə məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki,seminarlar iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir.Seminarlar zamanı iştirakçılara pandemiya dövründə insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, potensial risk qrupları,,insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar,insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər ,miqrant anlayışıları,deportasiya və viza anlayışları,mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilmişdir və iştirakçlarla birgə müzakirələr aparılmışdır. Seminarlar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. Layihə çərçivəsində Cəlilbabad, Biləsuvar , Lənkəran, Masallı , Lerik və nəhayət Astara rayonlarında seminarlar keçirilmişdir və 123 nəfəri iştirakçını əhatə etmişdir.

Mənbə: “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com