Ça. İyn 24th, 2025

“Topçular”-ın rəqibi müəyyənləşib

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib.

Mediamax.az saytının verdiyi məlumata görə, yarımfinal mərhələsinin növbəti oyununda “Mançester Yunayted”lə “Çelsi” üz-üzə gəlib.

Londonda baş tutan qarşılaşmada rəqibinə qalib gələn “Çelsi” adını finala yazdırıb. London klubunun həlledici matçdakı rəqibi şəhərin digər təmsilçisi “Arsenal” olacaq.

Turnirin final qarşılaşması avqustun 1-də “Uembli” stadionunda keçiriləcək.

İngiltərə kuboku
Yarımfinal
19 iyul
“Mançester Yunayted” – “Çelsi” – 1:3
Fernandeş, 85 (pen.) – Jiru, 45+11; Munt, 46; Maquayr, 74 (avtoqol)

Mənbə: ApaSport

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com