“Tottenhem”dən yüksək dəyərli tranfer

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Mediamax.az saytı xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, “Tottenhem” irland futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.
Həmçinin, İrlandiya yığmasının da üzvü olan Doherti, “Vulverhempton”dan başqa “Hibernian” və “Beri”də də forma geyinib.
Mənbə: Qafqazinfo