Ç. İyn 25th, 2025

Tovuz döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir


16.07.2021-ci il tarixində Nəsimi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Tovuz döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.

Medimax.az saytının verdiyi məlumata görə, yarışda Nəsimi rayonunda yerləşən 5 ali təhsil müəssisələrində oxuyan tələbələrdən ibarət, ümumilikdə 15 komanda iştirak etmişdir. Yarış onlayn şəkildə “Open-Quiz platforması”-nda həyata keçirilmişdir.

Yarışda 1-ci yerin sahibi 9 xalla Azərbaycan Tibb Universitetini təmsil edən “SİNAPS” komandası, 2-ci yerin sahibi 7 xalla Azərbaycan Tibb Universitetini təmsil edən “Aceso” komandası, 3-cü yerin sahibi isə 7 xalla Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən “1 Nəfər + ?” komandası olmuşdur.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com