Tovuzda 15 min manatlıq oğurluq

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mediamax.az Oxu.az-a istinadən xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İbrahimhacılı kənd sakinləri E.Bağırov və A.Məhərrəmov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.