Ça. İyn 24th, 2025

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Mediamax”ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 23 yaşlı Əlirzayev Misirxan, 25 yaşlı Hüseynov İlkin və 25 yaşlı Elvin Hüseynovdur.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com