Toy, nişan və digər mərasimlər qadağan ediləcək

Sentyabr ayının 4-dən etibarən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.
Verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq.
Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib. Sərəncama əsasən, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq.
Qeyd edək ki, nikah mərasimində oyun oynanması, kütləvi yemək-içmək qadağandır.
Mənbə: APA