Ç. İyn 25th, 2025

Tramp: “Hər kəs normal həyatına geri qayıdacaq.”

https://youtu.be/l7r06x3d2ms

“Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə keçərkən itkilər ola bilər. Çünki artıq insanları evlərində saxlamayacağıq. Lakin eyni zamanda da sosial məsafəni qoyuruyacaq və əllərimizi yuyacağıq”.

Bunu ABŞ prezidenti Donald Tramp deyib. O, Covid-19 səbəbindən işini itirmiş şəxslərin psixoloji problemlər yaşadığını da qeyd edərək:

“Ölkədə onlara bir baxın. İnsanlar artıq dozadan və ya intihar səbəbindən ölürlər. Onları işlərinə geri qaytarmalıyıq. Biz də tədbirləri yumşaldaraq bunu edirik. Önümüzdəki 3 il boyunca evimizdə otura bilmərik. Ölkə iqtisadiyyatını yenidən dirçəltmək lazımdır”.

Tramp həmçinin peyvəndin olub olmayacağından asılı olmayaraq, hər kəsin normal həyatına geri qayıdacağını bildirib. Qadağaların yumşaldılacağı təqdirdə ABŞ-da günlük ölü sayının 3 minə çatacağı ilə bağlı proqnozlara da münasibət bildirən Ağ Ev rəhbəri Con Hopkins Universitetinin fəaliyyətini tənqid edib. Bildirib ki, lap əvvəldən yanlış proqnozlar veriblər və bunu indi də davam etdirirlər.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com