Ç. İyn 25th, 2025

Trampın Putinlə bağlı bu günə kimi açıqlanmayan düşüncələri

ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili və ən yaxın adamı olmuş Mayk Koenin sabah sentyabrın 8-də satışa çıxacaq memuarlarının ölkədə geniş əks-səda doğracağı gözlənilir.

Çünki Koen özünün dediyi kimi, bu kitabda Trampın bütün “zibillərini” açıb-tökür.

Həmçinin, o, milyarderin Rusiya ilə gizli əlaqələri haqda bir çox məqamları açır.

Kitab satışa buraxılmamışdan əvvəl onun bir nüsxəsini “Washington Post” qəzeti əldə edib və oradan maraqlı seçməni yayıb.

Mayk Koen yazır ki, Tramp 2016-cı il prezident seçkiləri ərəfəsində Rusiya prezidenti Vladimir Putinə necə həsəd apardığı haqda ona danışırdı. Bəs Putinin nəyi Trampın xoşuna gəlmişdi, o, Rusiya dövlət başçısının hansı xüsusiyyətlərinə həsəd aparırdı?

Tramp bu haqda belə deyib:

“O, bütün ölkəni ələ keçirə bilib və elə idarə edir ki, sanki özünün şəxsi şirkətidir-“Trump Organizaton” kimi…”

ABŞ prezidentinin dəstəyini görmədiyi üçün ondan üz döndərən Koen keçmiş şefinin Putini “dünyanın ən varlı adamı” hesab etdiyini də yazır.

“O, səhvən Putini dünyada ən varlı adam hesab edirdi, çünki özü də pulu çox sevirdi”,-o yazır.

Koen memuarlarında Trampı “dələduz, yalançı, xuliqan, rasist və zorba” adlandırır.

Keçmiş vəkili hesab edir ki, Tramp 4 il əvvəl Rusiyanın seçkilərə müdaxilə edib onun seçilməsinə kömək etməsi üçün aşkar və gizli cəhdlər göstərib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com