Ca. İyn 26th, 2025

Tunis sahillərində 61 afrikalı miqrant həyatını itirdi

Tunis sahillərində Afrikadan olan miqrantların olduğu gəminin çevrilməsi nəticəsində azı 61 nəfər ölüb.

Bu barədə “Reuters” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əvvəl “AFP” 52 nəfərin öldüyünü bildirmişdi.

Gəminin çevrilməsi nəticəsində boğulanların arasında bir uşağın olduğu da bildirilir. “Reuters”in məlumatına görə, miqrantlarla dolu olan gəmi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelaqından çıxaraq İtaliya sahillərinə doğru istiqamətlənib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com