Ç. İyn 25th, 2025

Türkiyə Super Liqasında komanda sayı artırıldı

Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub. Cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” klubları elitanı tərk etməyəcək. I Liqadan daha 3 komandanın gəlişi ilə növbəti mövsüm Superliqada iştirakçı sayı 21-ə çatdırılacaq. 2020/2021 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com