Türkiyədə 67 yaşlı baş məşqçi koronavirusa yoluxub

Türkiyənin “Akhisarspor” klubunun baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub.
Baş məşqçi ilə yanaşı, komandanın daha 10 üzvünün koronavirus testi pozitiv çıxıb.
Onlardan 3-ü futbolçudur. “Akhisarspor”un digər oyunçuları da koronavirus testi üçün müraciət edib.
Nəticə pozitiv olarsa, sabah Bornova stadionunda keçirilməsi planlaşdırılan matç təxirə salınacaq.
Bütün komanda isə ev şəraitində 14 günlük karantinə alınacaq.
Mənbə: Qafqazinfo