Ca. İyn 26th, 2025

Türkiyədə bir ilk

Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb.

Türkiyənin Bursa vilayətində yerli TOGG avtomobilin istehsal ediləcəyi TOGG Platforma Dizayn və İstehsal Mərkəzinin təməlinin qoyulması mərasimi keçirilib.

Məlumata görə mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə prezidenti mərasimdə çıxış edərək bildirib: “Bu gün biz təkcə yeni investisiyaların başlamasından məmnun deyil, epidemiyaya baxmayaraq nəhəng bir layihənin həyata keçirilməsindən qürur duyuruq”.

Türkiyə lideri qeyd etdi ki, zavodun inşasının 18 ayda başa çatdırılması planlaşdırılır və ilk avtomobilin 2022-ci ilin son rübündə konveyerdən çıxması nəzərdə tutulub.

Mənbə: xəbər oxu

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com