Ç. İyn 25th, 2025

Türkiyəyə vəziyyəti ağırlaşdığı üçün aparılan deputat Azərbaycana qayıtdı

“Türkiyədə müalicə alan millət vəkili Vahid Əhmədov Azərbaycana geri qayıdıb”.

Bunu millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

O qeyd edib ki, V.Əhmədov hazırda özünü yaxşı hiss edir:

“Səhhəti normaldır. Evində istirahət edir”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçün o, təcili olaraq Türkiyəyə aparılıb.

Mənbə : Oxu az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com