Türkiyə və Azərbaycandan ortaq hərbi təlim

Azərbaycan və Türkiyənin silahlı qüvvələri Azərbaycanda geniş həcmli hərbi təlimlərə başlayacaq.
Azərbaycan Silahlı Qüvvələrindən bildirilən məlumata əsasən təlimlərdə hər iki dövlətin yer və hava qüvvələri iştirak edəcək.
Təlimlər 29 iyundan başlanacaq, 10 avqustda sona çatacaq. Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda hava təlimləri həyata keçiriləcək. 1-5 avqust tarixində isə Bakı və Naxçıvanda təlimlər baş tutacaq.

Mənbə: Haberglobal