Ç. İyn 25th, 2025

Türkiyədən Liviyaya raket qurğusu göndərilib

Türkiyə Silahlı Qüvvələri “T-122 Sakarya” raket qurğusunu Liviya Milli Hökumətinə göndərib.

Mediamax.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Liviya Milli Hökumətinə yaxın mənbələr Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “T-122 Sakarya” raket qurğusunun Sirt yaxınlığında yerləşdirdiyini bildiriblər.

Qeyd edək ki, 40 km mənzilli bu raket qurğuları Suriyadakı əməliyyatlarda da istifadə olunmuşdu.

Mənbə: modern.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com