Türkiyəli məşhur aktyor dünyasını dəyişib

15 gün əvvəl mədə problemi səbəbindən xəstəxanaya yerləşdirilən türkiyəli sənətçi Seyfi Dursunoğlu dünyasını dəyişib.
Huysuz Virjin ləqəbi ilə tanınan sənətçi 3 gündür reanimasiyada süni tənəffüs aparatına qoşulu halda müalicəsini davam etdirib.
Qeyd edək ki, 87 yaşlı Dursunoğluna KOAH (Ağciyərlərin Xroniki Obstruktiv xəstəliyi) diaqnozu qoyulmuşdu.
Mənbə: Qafqazinfo