Ç. İyn 25th, 2025

Türkiyənin paytaxtında Azərbaycana dəstək aksiyası keçirilib

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Mustafa Kamal Atatürkün heykəli önündə Azərbaycana dəstək aksiyası keçirilib.

Aksiyaya Ankarada yaşayan azərbaycanlılar və yerli sakinlər qatılıblar.

Aksiya zamanı ermənilərin, erməni lobbisinin və onların havadarlarının türk dünyasına, Azərbaycan və Türkiyəyə yönəlmiş təcavüzkar, işğalçı davranışları pislənilib.

Aksiyanın təşkilatçısı jurnalist Şeyda Nəsibli təcavüzkar Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com