Türkiyə və Rusiya arasında yeni müqavilə bağlandı

Rusiya və Türkiyə arasında S-400 “Triumf” zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.
“Novosti”-nin verdiyi xəbərə görə, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev deyib.
“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik”deyə, o bildirib.
Bundan əvvəl, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Rusiya və Türkiyə S-400 “Triumf” zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər.
Mənbə: Report.az