Ç. İyn 25th, 2025

UEFA-nın avrokuboklarla bağlı yeni qərarı

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı qərarını açıqlayıb.

Ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib. 

Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Bu komandaların ilk oyunu da baş tutmayıb.
Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.

Mənbə: qol.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com