Ç. İyn 25th, 2025

Ukraynadan Azərbaycana neft satışı ilə bağlı təkliflər verildi

Ukraynanın “Ukrtransnafta” şirkəti Azərbaycan neftinin bir tanker partiyasının satılması üçün təkliflər göndərib.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, bu barədə “Ukrtransnafta”nın baş direktoru və “Naftoqaz” qrupunun neft divizionunun rəhbəri Nikolay Qavrilenko bildirib.

Qavrilenkonun sözlərinə görə, şirkət ucuzlaşma zamanı neftin bir barelinin 29 ABŞ dollarına alıb və 44-48 ABŞ dolları/barelə satmağı planlaşdırır. Alınan ikinci tanker partiyasının da bu ilin sonuna qədər satışa çıxarılması planlaşdırılır.

O, həmçinin istisna etməyib ki, neftin Kremençuq neft emalı zavodlarında işlənə biləcək.

Xəbər verildiyi kimi, aprelin əvvəlində “Naftoqaz”, “Ukrtransnafta” tərəfindən “SOCAR Trading” ilə hər biri təqribən 700 min barel olan “Azeri Light” markalı neftin iki tanker partiyasının alınması üçün “Pivdennıy” dəniz neft terminalına çatdırılması üçün müqavilə bağlanması barədə razılığa gəlib.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com