Ç. İyn 25th, 2025

Ürkək ulaqlara görə təyyarə qəzaya uğrayıb

BMT-nin sifarişi ilə humanitar yardım daşıyan Keniyanın “Bluebird Aviation” aviaşirkətinin təyyarəsi hürkən ulaqlara görə qəzaya uğrayıb.

Bu barədə “Daily Nation” xəbər yayıb.

Verilən məlumata görə, eniş edən təyyarənin səsindən qorxan heyvanlar uçuş-eniş zolağına tərəf qaçıblar.

Bu səbəbdən pilotlar dərhal kursu dəyişmək və təyyarəni döndərmək qərarına gəliblər. Nəticədə, təyyarə təpələrə çırpılıb.

Hadisə iyulun 15-də baş versə də, qəzanın səbəbləri bu gün açıqlanıb.

Qeyd edək ki, qəza zamanı təyyarədə iki pilot və bir sərnişin olub.

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com