Ca. İyn 26th, 2025

Uşaqları məktəbə göndərməklə bağlı valideynlərlə protokol imzalanacaq

“Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik.

Müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcək. Belə valideynlərlə razılaşma protokolumuz olacaq.

Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik” – deyə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com