Ç. İyn 25th, 2025

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun tarixində Azərbaycanda da qeyd edilir.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndiyindən elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

Uşaqların hüquqlarını təmin edən ilk bəyənnamə isə 1924-cü ildə Birinci dünya müharibəsinin dəhşətlərindən təsirlənən Eglantyne Djebb-in təşəbbüsü nəticəsində qəbul edilmişdir.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Onların sosial və hüquqi müdafiəsinə qoşulmaq hamımızın borcudur.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com