Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun tarixində Azərbaycanda da qeyd edilir.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndiyindən elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Uşaqların hüquqlarını təmin edən ilk bəyənnamə isə 1924-cü ildə Birinci dünya müharibəsinin dəhşətlərindən təsirlənən Eglantyne Djebb-in təşəbbüsü nəticəsində qəbul edilmişdir.
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Onların sosial və hüquqi müdafiəsinə qoşulmaq hamımızın borcudur.