ÜST-dən koronavirusun peyvəndinin nə vaxt satışa çıxarılacağı haqqında açıqlama

“Koronavirus əleyhinə peyvəndi insanlar 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcək”.
Bunu ÜST-ün təcili yardım proqramının direktoru Maykl Rayan “Twitter” hesabında bildirib.
O qeyd edib ki, pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meylləri müşahidə edilsə də məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmur.
Rayan əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvənd hazır olandan sonra onun bütün insanlara paylanılacağını nəzərdə tutur: “Pandemiya əleyhinə peyvəndlər varlılar, yaxud da kasıblar üçün deyil, bu, hamı üçündür”.
Mənbə: APA