Ç. İyn 25th, 2025

ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmancıdan açıqlama

ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmancı bir müddət əvvəl sosial şəbəkədə yayılan şəkillərlə bağlı açıqlama verdi:

“Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Hande Harmancının bu açıqlamanı verməsinə səbəb olan paylaşım.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com