Ç. İyn 25th, 2025

Vəzifəsindən istefa verən Siyavuş Novruzovun kabineti boşaldıldı

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.

Qeyd edək ki, S.Novruzov partiyanın qərargahına gəlmirdi.
Onun kabineti də boşaldılıb.

Həmçinin, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.

Qeyd: S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com