Ca. İyn 26th, 2025

Vəfa Yaqubludan yeni tədris ili ilə bağlı – AÇIQLAMA

“Biz də istəyirik ki, bütün uşaqlar öyrəşdikləri formada məktəbə getsinlər, təhsil alsınlar”.

Bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, dağ rayonları da “sarı” zonada yerləşir: “Burada post qurulmayıb deyə “narıncı” zonadan virus daşıyıcıları ora daxil olub kəndi yoluxdura bilər. Ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.

O həmçinin qeyd edib ki, internetə çıxışı olmayan yerləri nəzərə alaraq tele-dərsləri davam etdiriləcək.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com