Vətəndaşlara müraciət

“Bu həftəsonu çatdırılma qaydası ilə işləyən apteklərdə sahibkarların pulsuz çatdırma etməsi tövsiyə olunur”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O, məsələ ilə bağlı vətəndaşlara müraciət edib: “Əvvəldən planlı şəkildə alınması mümkün olan dərmanı öncədən alsınlar. Çünki sərt karantin rejimi günlərində zərurət olmayan və ya əvvəldən alınması mümkün olan dərmanların sifariş olunması ehtiyacı olan şəxslərə dərmanların çatdırılmasında çətinliklər yarada bilər”.
Mənbə: Qafqazinfo